Müğənni Damla sosial şəbəkədə son paylaşımları ilə hər kəsi təəccübləndirib.
Teleqraf.com xəbər verir ki, Damla İnstaqramda müxtəlif geyim mağazalarını reklam etməsi ilə diqqət çəkib.
Belə ki, ifaçı bununla pandemiya dövründə reklamdan daha çox gəlir əldə etməyə başlayıb.
Qeyd edək ki, pandemiyaya görə ölkəmizdə toy mərasimlərinin keçirilməsi qadağandır.