Xalq artisti Mehriban Zəki teatrlarla bağlı paylaşımı maraqla qarşılanıb.
Teleqraf.com xəbər verir ki, Mehriban Zəki sosial şəbəkədə teatr binaları ilə bağlı təkliflə çıxış edib.
"Mədəniyyətin ən parlaq və lazımlı olan növü teatrdır. Bir çox teatrlar məkansız, binasız, yersiz, yurdsuzdur. Şadlıq saraylarının binaları teatrlara verilsin.
Azərbaycan Dövlət Yuğ Teatrı, Bakı Uşaq və Gənclər Teatrı, Əsa teatrı, Sadə Tədris Teatrı və neçə teatrın binası olsun!", - deyə bildirib.