18 Sentyabr 2020 11:50
1 355
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın "Avroviziya 2021" mahnı müsabiqəsində iştirakı təsdiqlənib.

Teleqraf.com xəbər verir ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, gələn il Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək tədbirdə ölkəmizi müğənni Samirə Əfəndi təmsil edəcək.

Yarışın 18, 20 və 22 may tarixlərində keçirilməsi planlaşdırılıb.

Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan “Avrovizya"nın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.

Müsabiqənin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri bəstəkar İsa Məlikovdur.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər