18 Sentyabr 2020 15:05
2 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi Xalq artisti Alim Qasımovun ilahiyyatçı Seyyid Taleh Boradigahi ilə birgə çəkdirdiyi "Hədəfim Hüseyndir” adlı klipində Azərbaycanın cənub bölgəsinin İran ərazisi kimi göstərildiyi xəritənin yer alması qaımaala səbəb olub.

Seyyid Taleh Boradigahi Teleqraf.com-a açıqlamasında xəritənin ona aidiyyəti olmadığını deyib: "Klip "MUSSON" studiyasında çəkilib və məkan Samir Şirinova aiddir. Böyük sənətkarımız Alim Qasımova və mən qonaq qismində orada iştirak etmişik. Xəritənin mənə aiddiyyəti yoxdur".

Studiyanın sahibi Samir Şirinovla əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab vermədi.

Qeyd edək ki, Xalq artisti Alim Qasımovun ilahiyyatçı Seyyid Taleh Boradigahi ilə birgə çəkdirdiyi klipində Azərbaycanın cənub bölgəsinin İran ərazisi kimi göstərildiyi xəritə yer alıb. Bu, sosial şəbəkədə sərt tənqid edilib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər