11 Oktyabr 2020 16:05
3 540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Tünzalə Ağayeva Rusiyanın xalq artisti Filip Kirkorova ermənilərə maddi dəstək olan atasına görə etirazını bildirib.

Teleqraf. com xəbər verir ki, bu barədə Tünzalə Ağayeva İnstaqramda foto paylaşıb.

O, paylaşımında Filip Kirkorovun ünvanına bu sözləri deyib:

"Budur Bakıya gəlib, çörəyimizi yeyib, bizdən qazanıb, cəllad qohumlarına göndərən, "Dostlarımız"! Ar olsun!".

Xatırladaq ki, Filip Kirkorovun atası Bedros Kirkorov erməni diasporu ilə birlikdə Dağlıq Qarabağdakı münaqişə ilə bağlı Ermənistana yardım məqsədilə böyük məbləğdə pul toplayıb.


Müəllif: Rəqsanə Həsənova