"Survivor" yarışmasında iştirak edən kikboks üzrə dünya çempionu Pərviz Abdullayev (“Kobra Pərviz”) Türkiyənin "Star" kanalında yayımlanan "Demet və Alişan ilə sabah-sabah" verilişinə qonaq olub.
Teleqraf.com xəbər verir ki, Pərviz Abdullayev Vətən müharibəmizdən danışaraq Türkiyənin Azərbaycana dəstək olduğu üçün təşəkkür edib:
“Hazırda Azərbaycanda müharibə gedir. Bu, haqq müharibəsidir. Çünki Azərbaycan öz torpağı, Qarabağ uğrunda mübarizə aparır. Başda Ali Baş Komandan olmaqla ordumuz çox qısa zamanda Qarabağımızı, gözəl torpaqlarımızı işğaldan azad edəcək.
Mən Ağdamdanam. Bu günü çoxdan gözləyirdik. Təbii ki, Vətən müharibəmizdə şəhidilik zirvəsinə ucalanlar var. Onlara Allahdan rəhmət diləyirik.
Mənim kimi yüzlərlə azərbaycanlı idmançı hazırıq, növbəmizi gözləyirik. Hər zaman yaxşı və pis gündə Azərbaycanın yanında olan Türkiyəyə təşəkkürümüzü bildiririk. Bir millət, iki dövlətik”.
Müğənni Alişan isə “Buradan Qarabağa, Azərbaycan salam olsun!” deyərək ölkəmizə dəstək olub.