Türkiyədə fəaliyyət göstərən aktrisa Nəsrin Cavadzadə Azərbaycana dəstək olub.
Teleqraf.com xəbər verir ki, Nəsrin Cavadzadə "Nargis magazine" jurnalının İnstaqram səhifəsində bu sözləri qeyd edib:
"Bakı mənim uşaqlığımın şəhəridir, harada olmağımdan və nə etdiyimdən asılı olmayaraq var gücü ilə özünə çəkən şəhərdir. Burada hər şey mənə yaxın və doğmadır. Türkiyədə Rəşid Behbudovun və Şövkət Ələkbərovanın səsini eşidəndə, anam Azərbaycan yeməkləri bişirəndə, Bakıdan doğma insanlar gələndə-içimdə hər şey uçuşur".