Dünya şöhrətli italiyalı rəqqas Canluka Vakki Azərbaycan haqqında təəssüratlarını bölüşüb.
Teleqraf.com xəbər verir ki, Canluka Vakkinin "Nargis magazine" jurnalının İnstaqram hesabında bu sözlər qeyd edilib: "Bakı məni inanılmaz gözəlliyi və istiliyi, insanların səmimiyyəti və qonaqpərvərliyi ilə heyran etdi. İçərişəhərdə oldum, Qız qalasını və digər görməli yerləri gördüm. Şəhərin bir-biri ilə mükəmməl uyğunlaşan müasir və qədim memarlığını çox bəyəndim. Buradan zövq alıram".
Qeyd edək ki, Canluka Vakki dəbdəbəli həyatı və rəqsləri ilə İnstaqramda "rəqs edən milyarder" kimi tanınır.