25 Dekabr 2020 19:39
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan müğənni Raufla duet layihəsini təqdim edib.

Teleqraf.com xəbər verir ki, musiqisi Nicat Məlikov, sözləri Elnurə Nağıyeva və Nicat Məlikova məxsus mahnı “Olar” adlanır.

Səs uzlaşması və masterinq Fərid İsmayılova aiddir. Dueti Nicat Məlikov ekranlaşdırıb.

Ekran işi cəsarətli səhnə performansı və mahnı mətnləri ilə seçilib. “Olar” layihəsində Röya və Rauf Uilyam Şekspirdən oxuyaraq deputat, müəllim, həkim və vəkillərə eyham ediblər. Hər iki sənətçinin kimyasının uyğunluğu klipin kadrlarında özünü aydın biruzə verib. Xalq artisti müasirliyini, zövqünü, artistizmini kamera qarşısında danışdırıb, Rauf isə ekstravanqantlığı ilə Röyanın ən yaxşı tərəf müqabili kimi yadda qalıb.

Röya Ayxanın saç, makiyaj və geyimi üzərində Aygün Məmmədova, Elnur Talıbov və Leyla Mamedova çalışıb.

Klipin çəkilişləri Bakı şəhərində olub və pandemiya dövründə tətbiq edilən karantin tədbirlərinə riayət edilib. Çəkiliş prosesində iştirak edən hər bir komanda üzvünün sosial məsafə, maska və s. kimi gigiyena qaydalarına əməl olunması təmin edilib, baş qəhrəmanlar “COVID-19” testini verdikdən sonra bir araya gəliblər.

Layihənin baş prodüseri Kənan Bayramov, prodüseri Vüsal Rzazadə və icraçı prodüseri Cavid Əhmədovdur.



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər