13 Yanvar 2021 13:32
2 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülü Hüseynova gitara ifaçısının səhhətindəki son durumla bağlı Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Rəmişin həkimi, professor Nuru Bayramov xalq artistinə qara ciyər transplantasiyası ediləcəyini açıqlamışdı. Hazırda bu istiqamətdə vəziyyət necədi?

- Hələ ki qara ciyər transplantasiyasını dəqiqləşdirməmişəm. Rəmişə qara ciyər köçürülməsinə söz verə bilmirəm. Çünki mənim buna maddi gücüm çatmır, imkanım yoxdur.

- Bəs müalicə üçün dövlətə müraciət etməyi düşünürsünüzmü?

- Dövlətimiz hazırda müharibənin nəticələri ilə, işğaldan azad edilən torpaqlarımızla məşğuldur. Dövlətimizə necə əziyyət verim? Utanıram, xəcalət çəkirəm. Rəmiş hazırda evdə müalicə alır. Koronaya görə onu xəstəxanaya aparmağa qorxuram. Xəstəxanaya gedər, virusa yoluxar, evim yıxılar.

Həkimi Nuru Bayramov evə gəlir, dərmanları vaxtı-vaxtında verirəm. Allah prezidentimiz İlham Əliyevi və Mehriban Əliyevanı qorusun. Bizə qayğı göstəriblər, Rəmişə ev veriblər, fəxri adla qiymətləndiriblər. Prezidentimiz çox xeyirxah insandır, xalqımıza hər cür qayğını göstərir. İndiki vəziyyətdə prezidentə əziyyət vermək olmaz, müharibədən çıxıb, torpaqlarımızı geri qaytardı.

- Həyat yoldaşınıza necə dəstək olursunuz?

- Heç nə, bütün günü ağlayıram. Mənim üçün çox çətindir. Bu həyatda Allahdan və Rəmişi itirməkdən başqa heç nədən qorxmuram. Rəmiş çox əziyyət çəkir. Oda-burda yazırlar ki, yarım saat əvvəl Rəmiş rəhmətə getdi. Niyə ağzına gələni yazırlar?! Xahiş edirəm, bu kişini sağ ikən ölü kimi təqdim etməsinlər. Bu, Allaha ağır gedir. Gözünlə görmədiyiniz şeyi necə yazırsınız?

Allahdan qorxsunlar, belə sözlər yazmasınlar. Bu xəbərləri eşidib, çox pis oluram. Bütün yükü içimdə mən çəkirəm. Rəmiş həyatda yaşayanda sizə nə mane olur? Öləndə nə faydası olacaq?

Rəmişin heç kimlə işi olmayıb. Hazırda xəstəliklə mübarizə aparır. Vaxtı ilə hamıya kömək edib, bəzi toy mərasimlərində havayı iştirak edib. Gücü çatan adama yardım əli uzadıb.

Bəli, Rəmiş xəstədir, ağ ciyər və qara ciyərindən əziyyət çəkir. Qarın boşluğuna su yığılıb. Bir dəfə qarnından 7 lit çəkdirmişəm, yenə dörd litr yığılıb.

- Maddi vəziyyətiniz necədir?

- Şükür Allaha, dolanırıq. Heç kəsə ehtiyacımız yoxdur. Yalnız Allaha və prezidentə ehtiyacım var, Rəmişi sağaldaq. Başqa heç kimdən heç nə istəmirəm...

- Övladları Rəmiş müəllimin səhhəti ilə maraqlanırmı?

- Xeyr, onlarla əlaqəmiz yoxdur. Yalnız qardaşı qızı, bir də bacısı gəlir.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər