Məşhur aparıcı Afaq Gəncəli aktrisa Pərvin Abıyevanın fikrinə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Afaq Gəncəli ATV-də Sevil və Sevinc Səfərova bacılarının "Pərvin xanım açıqlama verdi ki, heç bir qız kasıb oğlanla ailə qurmaz. Bu haqda nə deyə bilərsiniz?" sualına belə cavab verib:
"Mən o fikirlə razı deyiləm. Hamı şükür Allaha bir tikə çörəyini tapıb yeyir. İnsanın ləyaqəti, keyfiyyəti, insalığı olmalıdır. Elə varlı insanlar var ki, sabah bilməyəcəkər nə olacaq. İnsanın mənəviyyatı, şüuru kasıb olmasın.
Biz sənət insanları bahalı həyata öyrəşməmişik. Bizim qədər çalışan, iş görən, səhər saat 6-dan oyanıb, gecə saat 3-dək ora-bura qaçan yoxdur. Geyim geyinib, makiyaj etmək, bu demək deyil ki, bahalı həyat yaşayırıq. Bizdən çox işləyən yoxdur. Səhərdən gecəyə qədər çalışırıq".