Əməkdar artist Çingiz Əhmədovun oğlu, aktyor İbrahim Çingiz nişanlanıb.
Teleqraf.com xəbər verir ki, İbrahim Çingizin aktrisa Aydan Axundova ilə nişan mərasimi baş tutub.
İbrahim Çingiz şəxsi İnstaqram səhifəsində nişan mərasimindən foto paylaşaraq "Bizi təbrik edən, səmimi qəlbdən sevinən, xoşbəxtlik arzu edən və xoş sözlər yazan insanlara ən xoş arzularımızı çatdırırıq. Çox sağ olun. Allah hər birinizi bəxtəvər etsin.
Saf qəlblə sevgi axtaran hər kəsə ən gözəl sevgi qismət olsun inşallah. Neqativ, təhqir və bəd sözlər yazanlar isə elə bilin ki, hər sözü özünüzə və yaxınlarınızın ünvanına yazırsınız. Bizi bunu demək məcburiyyətində buraxdınız. Çünki aylardır dinmədən, cavab vermədən çirkin sözlərinizə göz yumduq. Özünə hörmət edən insan başqasına qarşı dilinə bəd ifadələr söyləməz. Odur ki, yazdığınız hər sözü öz ünvanınıza yazmış olursunuz, həm xoş, həm də pis", - deyə qeyd edib.