Məşhur türkiyəli müğənni Əmrah yenə xəsisliyi ilə gündəmə gəlib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, böyük sərvətə sahib olmasına baxmayaraq xəsisliyi ilə ad çıxaran müğənni “Twitter” və “Facebook” kimi sosial şəbəkələrin səhmlərinin hissəsini alaraq sərvətinə sərvət qatıb.
Həyat yoldaşı Sibel Kireri restorana aparmadan əvvəl menecerinə zəng edərək gedəcəyi yerdə hesab alınmamasını istəyən sənətçi həmçinin bəxşiş də vermədən məkanı tərk edib.
Qeyd edək ki, Əmrah Türkiyədə əmlak imperatoru kimi tanınır. Onun Bodrumda 200 otaqlı oteli, 100 evi və 12 dükanı olduğu iddia edilir. Məşhur sənətçinin əmlaklarından hər ay 250 min dollar gəlir əldə etdiyi bildirilir.
Rüstəm