Koronavirusa yoluxan müğənni Xatirə İslam xəstəxanadan həyat yoldaşı Fəxrəddim Musazadə ilə fotosunu paylaşıb.
Teleqraf.com xəbər verir ki, Bakı Sağlamlıq Xəstəxanasına yerləşdirilən Xatirə İslam İnstaqramda bu sözləri yazıb: "Bu gün tanış olduğumuz günün on ilinə qədəm qoyduq. Şükürlər olsun ki, salamatçılıqdı, təhlükəni geridə qoyduq. Allah bu gözəl ayda heç kimə dərd verməsin, içində də biz..."
Qeyd edək ki, Xatirə İslam və həyat yoldaşı Fəxrəddin Musazadə koronavirusa yoluxublar.