Aparıcı Sərxan Kərəmoğlu əməkdar artist Mətanət İsgəndərlini müdafiə edib.
Teleqraf.com xəbər verir ki, Sərxan Kərəmoğlu sosial şəbəkədə Canananın ünvanına bu sözləri deyib:
"Canana, səni hər kəs Mətanətə görə tanıdı, hörmət etdi. Mətanət İsgəndərli nə edib, etməyibsə qarışmıram. Amma bir həqiqət var, sən kimə ərə gəlmisən? Kərimə! Kərimlə birlikdə nə qazanmısan, nə əldə etmisən ki, Mətanət onu sənin əlindən alıb?
Nə qədər bir dost kimi susaq, danışmayaq? Mətanət də insandır, onun yaxasından düşün. Kərim bilər, sən bilərsən. Artıq o, xanımı zəhərləməyin. Sən də oğul anasısan, bir anlıq özünü Mətanətin yerinə qoy bə düşün. Sənin tələb etdiyin ünvan, Kərimdir, Mətanət deyil".
Qeyd edək ki, Canana əməkdar artistin oğlu Kərim ilə evli olub. Cütlüyün üç övladı var. Canana Kərimin qızını döydüyü üçün ondan ayrılıb. O, kirayədə yaşadığını, Kərimin aliment ödəmədiyini və çətin vəziyyətdə yaşadığını qeyd edib.