3 Noyabr 2014 17:11
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış Hollivud ulduzu Tom Kruzun yeni fotosu yayılıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, 52 yaşlı aktyor havaya qalxan İngiltərə hərbi təyyarəsinə dırmaşmaq kimi təhlükəli hərəkəti yerinə yetirən zaman görüntülənib.

Aktyorun “Vəzifəmiz Təhlükə” filminin 5-ci hissəsinin çəkilişlərini başladığı bilirilib. Fotonunda həmin filmə aid olduğu ehtimal edilir.

Məşhur aktyor daha əvvəl də film çəkilişi üçün dünyanın ən yüksək binasına və Koloradodaki kanyonlara dırmaşıb.

Rüstəm


Müəllif: