29 İyun 2021 12:46
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqqasə Fatimə Fətəliyeva ilə şairə Nazilə Səfərli arasında qalmaqal bitmək bilmir.

Teleqraf.com xəbər verir ki, şairə Nazilə Səfərli İnstaqramda hekayə bölümündə video paylaşaraq rəqqasə Fatimə Fətəliyevaya cavab verib:

"Səhv anlayan insanlar mənim təkrar cavab verməyimə layiq deyil. Əgər bir insanı tərifləyirsənsə, onu səhv anlayıb, sərt reaskiya göstərirsə, bu, qanmazlıqdır. Düz anlayıb, səhvə yozursa, reklam axtarır. Demək ki, reklamdan kasıbdır. Fikrimi tam ifadə etmişəm, ağlı-huşu kəsən insan görər ki, mən kimsənin adına, ünvanına xoşagəlməz sözlər deməmişəm. Məndən bu qədər, məşğulam, iş-gücüm var. Boş adamlara vaxtım yoxdur".

Qeyd edək ki, Nazilə Səfərli ilə Fatimə Fətəliyeva arasında xınayaxdı mərasimlərinə görə qalmaqal yaşanır.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər