13 Sentyabr 2021 21:26
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xəzər" televiziyası dünyanın ən maraqlı televiziya layihəsinin rəsmi tərəfdaşı olub.

Teleqraf.com xər verir ki, "Xəzər" televiziyası beynəlxalq layihə ilə rəsmi tərəfdaşlıq müqaviləsi imzalayaraq Mərkəzi Asiyanın əsrarəngiz istedadlarını üzə çıxaran “Talant – Mərkəzi Asiya”nı ekranlarına gətirib.

Milyonlarla insanın böyük maraqla izlədiyi layihənin ilk buraxılışı sentyabrın 18-də Xəzər televiziyasında yayımlanacaq.

Layihənin sonrakı mərhələsində isə azərbaycanlı iştirakçıların seçimi nəzərdə tutulub. Azərbaycan üzrə seçimlər rəsmi tərəfdaş qismində "Xəzər" TV vasitəsilə baş tutacaq.

Məlumat üçün qeyd edək ki, Böyük Britaniyanın “Got Talent” layihəsi “Ginnesin Rekordlar Kitabı”nda dünyanın ən uğurlu televiziya formatı kimi qeyd olunub.

Milyonlarla izləyicisi olan şounun Mərkəzi Asiya qolu “Talant – Mərkəzi Asiya” adlanır. Layihənin seçim mərhələləri Azərbaycanla yanaşı Qırğızıstan, Tacikistan, Qazaxıstan və Özbəkistanda keçiriləcək.


Müəllif: Rəqsanə Həsənova