6 Dekabr 2021 11:18
6 771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqqasə-aktrisa Oksana Rəsulova Xəzər televiziyasında yayımlanan "Sənətdən kənar" verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, o, həyat yoldaşı, aparıcı Şəhriyar Əbilovla münasibətindən danışıb:

"Əvvəl ona sırf dost kimi baxırdım. İndi deməzdim ki, həyat yoldaşı kimi onu qısqanıram, yox. Ümumiyyətlə, bir-birimizi qısqanmırıq, çünki o qədər bir-birimizin daxilini bilirik ki... Ona görə qıqsanmırıq. Amma mən ona tamamilə başqa gözlə baxmağa başladım, Osmanın atası kimi... Hətta bizim bəzi söz-söhbətlərimiz də buna görə başladı. Sən bunu edirsən, uşaq sənə görə təkrar edir. Bunu etmə!

Osman Şəhriyar nə edirsə, onu təkrarlayır. Ona görə deyirəm ki, məsuliyyət onun üzərinə düşür. Öz həyatını elə etməlisən ki, uşaq sənə baxıb ibrət götürsün".

Oksana Rəsulova Sənubər İsgəndərlinin "Evdə kimin sözü keçir?" sualına isə belə cavab verib: "Hər ikimizin sözü keçir. Evdə daha çox Şəhriyar güzəştə gedir. Şəhriyar su, mən isə alovam. Həmişə mən əsəbləşəndə Şəhriyar deyir ki, bəsdi, fikir vermə. İndi də elədir. Amma çalışıram ki, su olum. Təbii ki, Osmana görə su olmalıyıq. Xaraktercə Şəhriyar sakit insandı, mən özümdən tez çıxıram, səbrsizəm, tələsirəm. Evdə mənfi mən, müsbət odur".

Qeyd edək ki, Oksana Rəsulova ilə Şəhriyar Əbilov dörd il əvvəl ailə qurublar. Onların Osman adlı oğlu var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər