22 Yanvar 2022 00:13
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Rəsul Əfəndiyev xalq artisti Brilliant Dadaşovanın repertuarından ifa etdiyi "Sevəcəyəm" adlı mahnısını təqdim edib.

Teleqraf.com xəbər verir ki, bəstənin sözləri Əlibaba Hacızadə, musiqisi Cavanşir Quliyevə, yeni nəfəsdə aranjemanı Kurşad Məmmədova, mix-masteri isə Hatəm Nəbioğluna məxsusdur.

Sənətçi sözügedən mahnıya klip çəkdirmək üçün Türkiyəyə üz tutmalı olub. Əfəndiyev sadə süjet xətti olan ekran işinin rejissorluğunu Erkan Nasa həvalə edib.

Qeyd edək ki, klip ifaçının rəsmi yutub kanalına yerləşdirilib.


Müəllif: Teleqraf.com