23 Mart 2022 10:45
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şairə Nazilə Səfərli ilə rəqqasə Fatimə Fətəliyeva arasında qalmaqal böyüyür.

Teleqraf.com xəbər verir ki, Nazilə Səfərli instaqramda hekayə bölümündə söz-söhbətdən təngə gəldiyini açıqlayıb.

"Dostlar, Fatimə mövzusunda məni yormayın. Fatimənin adımı çəkərək "ərəb paltarını geyinib hara getmişəm və kimin üçün oynamışam?" sözü namusa ləkədir. Sübuta yetirməyincə böhtandır. Mən heç kimi qorxutmuram, nə də hegemonluq edirəm. Durduğum yerdə şərə düşmüşəm. Fatimənin adını heç yerdə çəkməmişəm. Onunla problemim olmayıb və Fatimə məni ləkələyib. Hələ mən yaxşı adamam ki, martın 28-dək üzr istəmək şansı vermişəm. Siz, əri olan qadınlar, belə bir sözü kimsə sizə desə, ərinizə, qeyrətli nəsilinizə nə cavab verərsiniz? Mən yox, Fatimə mənə şər atıb. Əsl-nəcabətimi aşağılayıb və təhqir edib. Mən durduğum yerdə şərə düşmüşəm. Böhtandır. Bu sözün üstə ailələrə dağılır, qadınlar qətlə yetirilir. Günahsızam və haqqımı tələb etməyə məcburam".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər