23 Mart 2022 14:45
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Leyla Quliyeva sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Leyla Quliyeva İnstaqramda yazıb:

"Novruz ən sevdiyim bayramdır. Hər şey bir yana, amma bayramın məğzi gözəldir. Ənənəsi, tarixi var, yoxsa 8 Mart, yaxud da 14 Fevral subyektiv də olsa deyəcəyəm. İl boyu zorakılığa məruz qalan qadının yalnız bir gün bütləşdirilməsi gülüncdür. Ya da əziz xanımına (anasına, bacısına, qızına) hədiyyə almaq istəyən adam təqvim güdməz, "sevgililər günü" daha betər. Adını biznes, market nə istəyirsiniz, qoyaq, amma bayram deməyək. Kiməsə sevginizi bildirmək istəyirsinizsə, elə indi gecikmədən edin.

Hədiyyə almaq istəyirsinizsə, alın, tarix, təqvim, məcburiyyət olmadan. Təki könlünüz xoş olsun. Sizin də, əzizlərinizin də".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər