Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə icraatı dayandırılıb. Binəqədi rayon Məhkəməsində araşdırılan şikayətlə bağlı ittiham olunan müğənni Afət Fərmanqızı məhkəmədən gizləndiyinə görə həbs nəzərdə tutulmadan axtarışa verilib.
Afət Fərmanqızı məsələ ilə bağlı Teleqraf.com-a açıqlamasında hazırda Azərbaycanda olduğunu vurğulayıb: "Hazırda Tovuzdayam, istirahət edirəm. Hamiləyəm, ona görə məhkəməyə gələ bilmirəm. Bu haqda da məhkəməyə məktub yazmışam. Bununla bağlı aiddiyatı qurumlara da müraciət etmişik. Flora Kərimovanı da öyrədən, 60 yaşında xaric oxuyan, əyri ayaqlı müğənni var. Xalq artisti niyə məni üç ildən sonra məhkəməyə verir? 2019-cu ildə olan bir məsələ ilə bağlı 2022-ci ildə məhkəməyə verdi. Zaman gələcək xalq artisti də görəcək ki, onu öyrədiblər. Mən heç bir halda ad çəkməmişəm. Dövlətin qanunlarından güclü qüvvə yoxdur".
Qeyd edək ki, Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə ittiham olunması tələb edir.