9 Avqust 2022 16:00
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mənim kimi Amerika, Hindistan, Afrika, Macarıstan, Avstriya, Norveç, İsveç, Əlcəzair və sair ölkələrdə konsertlər versəydi, camaata salam verməzdi, Allah bilir. Belə insanlar haradan çıxır, haraya girir? Onları hansı fabrik istehsal edir? Dünya belələrini sonda nə edir? Belə tiplər görən haradan gəlirlər? Bəlkə min sifət olmağı elə ana bətnində öyrənirlər? Atalar deyib, itə də hörmət elə, yiyəsinə də. Bu isə çaqqal imiş, tez dəyişdi, göz görə-görə".

Teleqraf.com xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova İnstqram hesabında yazıb.

Xalq artisti daha sonra əlavə edib:

“Şeirlərimi paylaşıram ki, bəlkə gənclərə örnək olar. Vaxtilə yanımda dayanmaq üçün mahnılarımı oxuyub, sizə yaranmaq üçün yalvaran biri bu gün məni dəhşət heyrətə saldı. Əqlimi müxtəlif fikirlər aldı, gözlərim yol çəkib keçmişə daldı. Ona dəstəyimi rica edənlər əsl kişi xislətli, mərd yoldaşlardır, sayıb-seçdiyim əziz qardaşlardır".


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər