27 Sentyabr 2022 12:39
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxanın şəhid Pərviz Əliyevin sevgilisinə yazdığı məktubun sözlərinə ifa etdiyi mahnı təqdim olunub.

Teleqraf.com xəbər verir ki, bəstə Anım Günündə sənətçinin rəsmi musiqi platformalarında təqdim edilib.

“Yada düşürsən” adlı mahnıda xalq artisti Nurəddin Mehdixanlı şəhidə ithafən yazılan sözləri də qiraət edib.

Bildirək ki, şəhidin qardaşı Hikmət Əliyev həmin məktubu bəstəkar Fərid Kərimliyə göstərib.

Fərid Kərimli isə məktubdakı sözlərə musiqi bəstələyib.

Qeyd edək ki, Pərviz Həsən oğlu Əliyev Birinci Qarabağ müharibəsində iştirak edib. 5 aprel 1993-cü ildə Məngələnata yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub.

Layihə şəhid Pərviz Əliyevin simasında Vətən uğrunda şəhadətə ucalan oğullarımıza həsr olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər