Türkiyəli məşhur aktyor Mert Kılıç və aktrisa Aslıhan Günər Bakıya gələcəklər.
Teleqraf.com xəbər verir ki, Mert Kılıç və Aslıhan Günər baş rollarını canlandırdıqları "Komandir" filminin qala gecəsində iştirak edəcəklər.
"Kılıç Yapım" istehsalı olan “Komandir” filminin rejissorları Selahettin Sancaklı və Mert Kılıçdır.
Türkiyə Silahlı Qüvvələrinin sərhədyanı əməliyyatlarından biri olan və terror təşkilatının Suriyanın şimalında dəhliz yaratmasının qarşısını almaq üçün başladılan Fırat Qalxanı əməliyyatının real hadisələri əsasında yazılmış film döyüş, dram və triller janrındadır.
Ekran əsərinin Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə oktyabr 12-də saat 19:00-da "Cinema Plus"da qala gecəsi təşkil olunacaq.
Qeyd edək ki, Aslıhan Güner "Kuzey yıldızı" serialı ilə daha da məşhurlaşıb.