24 Oktyabr 2022 13:23
1 342
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Sərxan Kərəmoğlu iddia edib ki, müğənni Rəqsanə İsmayılova və həyat yoldaşı Fazil Əmiraslanov onun üstün adam göndərib.

Teleqraf.com xəbər verir ki, aparıcı İnstaqramda bu sözləri qeyd edib: "Qarşı tərəfə dəstək çıxanlar yekə qarın, qadın satan təlxəklərdir. Oyun davam edir. Onu bilin ki, guya söhbət ölüb, amma oyun oynayan ər-arvadın hər əməlindən xəbərdaram. Siz ancaq bu sözlərə layiqsiz. Niyə normal adam sizin sarsaq fikrinizə dəstək olsun ki... Yanınızdakıları mənim üstümə hürdürməkdən əl çəkin. Heç olmasa hürən it olsa, yenə cəhənnəm...".

Qeyd edək ki, aparıcı Sərxan Kərəmoğlu ilə Rəqsanə İsmayılova və həyat yoldaşı Fazil Əmiraslanov ilə qalmaqal davam edir.

Buna səbəb Sərxan Kərəmoğlunun "MTV maqazin" verilişində Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovanın evliliyini oyun adlandırması və Rəqsanə İsmayılovanın heç bir sözünə güvənmədiyini deməsi olub.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər