Xəstəxanaya yerləşdirilən Türkiyənin məşhur müğənnisi Ajda Pekkanın səhhəti yaxşılaşıb.
Teleqraf.com xəbər verir ki, bu haqda ifaçının meneceri Oğuz Arınmış məlumat yayıb.
"Ajda Pekkanın əməliyyatı uğurlu keçdi. Səhhəti yaxşıdır. Pərəstişkarına daim olduğu kimi sevgisini bildirir", - deyə bildirib.
Qeyd edək ki, Ajda Pekkan ötən gün səhər saatlarında villasında yıxılaraq omba sümüyündə çat əmələ gəlmişdi.