4 Noyabr 2022 16:15
1 175
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün ölüm xəbəri yayılan 83 yaşlı xalq artisti Arif Babayev haqqında yayılan şayiədən danışıb.

Arif Babayev Teleqraf.com-a açıqlamasında ölüm xəbərinin yayılmasından narahat olduğunu deyib:

“Dünəndən şəkillərimlə haqqımda insafsız xəbərlər yayırlar. Qohum-əqrəbam var. Mətbuat nümayəndələrini çox sevirəm, amma belə olanda adam inciyir”.

Xalq artisti onu da deyib ki, ev şəraitində müalicəsinə davam edir: “Ev şəraitində yüngülvari müalicəm davam edir, səhhətim yaxşıdır. Allaha çox şükür, sağlamlığım yerindədir”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər