11 Dekabr 2014 15:38
1 862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı-bəstəkar Murad Arif hit mahnıların adlarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, “Hər şey daxil” verilişinin qonağı olan bəstəkar müğənni Günay İbrahimlinin mahnısından da danışıb:

“Röyanın “Ona nə var ki”, Günayın “Dəlisiyəm gecənin”, Zamiq Hüseynovun “Həyat çətindir” mahnıları bu ilin hiti olub. Bu məsələdə mən çox obyektivəm. Heç vaxt yalandan “müğənni dostumdur, onun adını çəkim” demərəm. Ən qatı düşmənimin belə mahnısı hitdirsə, onun adını söyləyəcəm. Günay İbrahimli ilə dost deyiləm, üç dəfə üz-üzə gəlmişik. Amma onun “Dəlisiyəm gecənin” mahnısı, həqiqətən, sevildi. Bu mahnı məni bezdirmişdi. Hara gedirdim, onu oxudurdular, müzakirəyə qoyurdular”.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər