11 Noyabr 2022 18:48
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynində bəddxasəli şiş aşkarlanan əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) səhhətindən danışıb.

Toppuş bacı Teleqraf.com-a açıqlamasında qayınatasıgildə olduğunu deyib: “Hazırda qaynatamın evinə gəlmişəm, Ağdaşdayam. Kimyaterapiyam dayandırılıb, ayın 15-də yenidən başlayacağıq. Başımda üç bədxassəli şiş əmələ gəlib. Milli Onkologiya Mərkəzinin həkimləri çox savadlıdırlar. On gün kimyaterapiya olacaq, ondan sonra MRT-nin cavabına əsasən qərar qəbul ediləcək. Hazırda heç nə etmək mümkün deyil”.

Əməkdar artist “Müalicəniz üçün xarici ölkəyə getməyi düşünürsünüzmü?” sualına “Hələ ki, xariclə bir əlaqəm yoxdur”,-deyə cavab verib.

Evini satışa çıxaran Toppuş bacı Ağdaşa getdiyi üçün satışla şəhərə gəldikdən sonra məşğul olacağını deyib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər