26 Noyabr 2022 11:12
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

"O qədər daxilinə cin dolmuş insanlar var ki, istər-istəməz səni özlərinə çəkməyi bacarırlar. Amma ağıllı bir insan ziyanın yarısından qayıtmağı bilir. Yuxudan ayılır ki, mən kimin yanındayam".

Teleqraf.com xəbər verir ki, bu sözləri əməkdar artist Nigar Şabanova "MTV maqazin" verilişində deyib.

O, XTQ giziri, hərbçi həyat yoldaşı Xəyyam Qaragözovdan ayrıldıqdan sonra artıq sevgiyə inanmadığını deyib: "Sevgi insanın gözünü kor edir. Sevgi elə bir hissdir ki, insan hansı yaşda olur-olsun uşaqlaşır. Gözləri bağlanır və hər şeyi uşaq kimi gözəl görür. Qadınlar dözür-dözür, düzələcək, hər şey yaxşı olacaq. Hər şeyi qəbullanır. Kişilər dəfələrlə "yox" deyib, sonra barışır. Qəbullanır, ehtiyac duyur, sonra yolundan dönür.

Amma qadınlar elə deyil. Qadınlar bir dəfə "yox" deyir və ikinci dəfə qüruru "hə" deməyə imkan vermir. Köhnə ilə yenilik ola bilməz, mümkün deyil. Yeni səhifə açanda artıq ehtiyatlı açırsan. Artıq ürəklə deyil, ağılla açırsan. Ürək nağıldır, ağıl gerçəkdir".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər