Müğənni Nura Suri xalq artisti Röya Ayxanın Türkiyənin "Altın Kelebek" mükafatlandırma mərasimində təqdimatına etiraz edib.
Teleqraf.com xəbər verir ki, Nura Suri sosial şəbəkədə bu sözləri yazıb:
"Ölkə xaricinə tədbirə gedən hər kəs Azərbaycanı təmsil edir. Bu səbəbdən mütləqdir ki, onların görünüşü, geyimi, danışığı peşəkarlar tərəfindən əvvəlcədən düşünülüb hazırlanmalıdır. Şəxsi fikrimdir, razılaşmaq məcburiyyətində deyilsiz. Bu tədbirlərdə Azərbaycanın xalq artislərini də təşkilatçılar səviyyəlli təqdim etməlidirlər. Aygün Kazımovanı da, Röyanı da elə təqdim etmək olmaz. Biz türk qardaşlarımızı, sənətçiləri hörmətlə təqdim edirik. “Azərbaycanın sevilən müğənnisi" nə idi? Niyə? Azərbaycanın xalq artisti, ən məşhur sənətçisi və sairə kimi cümlələr deyilə bilərdi..."
Qeyd edək ki, Röya Ayxan mərasimə "Azərbaycanın ən parlaq ulduzu" nominasiyası üzrə mükafatı vermək üçün qatılıb. Gecədə ölkəmizdən aparıcı Türanə Hüseynli, müğənnilər Nazrin və Ayaz Babayev iştirak edib.