15 Dekabr 2014 15:41
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur "Sony Pictures Entertainment" studiyasının Ceyms Bond haqqında çəkdiyi yeni filmin ssenarisi oğurlanıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, şirkət kompyuter sisteminə olan haker hücumdan sonra bunun baş verdiyi bildirilib.

"Agent 007: Spectre" adlı ekran işinin ssenarisi ilə yanaşı, şirkət hesabından 100 terabayt həcmində konfidensial informasiya, 4000 sosial sığorta nömrəsi, hesablar, parol və məktublar oğurlanıb. Prodüserlərin sözlərinə görə, hakerlər filmin ssenarisinin ilkin versiyasını oğurlayıblar. Onlar layihənin internetdə yayımlanmasından narahatdırlar. Artıq oğurluq hadisəsilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Deniel Kreyq, Kristof Vals, Lea Seydu və Monika Belluçinin baş rollarda çəkikləri "Agent 007: Spectre" Ceyms Bond haqqında 24-cü film olacaq.

Filmin premyerası 2015-ci il noyabrın 6-na təyin edilib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər