19 Dekabr 2022 23:57
1 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ana olan müğənni Sevda Yahyayeva sosial şəbəkədə qızı Aylanın fotosunu paylaşıb.

Teleqraf.com xəbər verir ki, Sevda Yahyayeva yeni doğulan körpəsiylə bağlı təəssüratını bölüşüb: "Ayla 3 kq çəkidə, 52 sm boyda dünyamıza gəldi və gözəlləşdirdi. İnşallah ki, hər zaman da başımıza tac olar. Zakir Bayramov, təşəkkürlər əzizim".

Qeyd edək ki, Sevda Yahyayeva həkim-genetik Zakir Bayramovla ailə qurub.







Müəllif: Rəqsanə Həsənova