Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu, Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi Rza Talıbovun Xalq artisti Röya Ayxana 8 milyon manat dəyəri olan ağ saray bağışlaması haqqında xəbər yayılıb.
Xalq artistinin prodüseri Kənan Bayramov Teleqraf.com-a açıqlamasında yayılan məlumatı təkzib edib: "Belə bir şey yoxdur. Bu haqda açıqlama vermək istəmirik".
Qeyd edək ki, "Yeni Müsavat"da verilən xəbərə görə, Bakı-Buzovna yolunda, Zağulba prospektində yerləşən həmin dəbdəbəli saray 20 sot torpaqda inşa olunub.