20 Dekabr 2014 11:13
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur Hollivud ulduzları Ancelina Coli və Bred Pitt kibertəhlükəsizlik üzrə mütəxəssislər komandasına ehtiyac duyub və artıq bir neçə nəfərlə danışıqlar aparıblar.

Teleqraf.com "People" jurnalına istinadən xəbər verir ki, məşhur cütlük uşaqlarının internetdəki axtarışlarına nəzarət edə bilmək üçün belə bir addım atıblar. Rəqəmli dünyanı qorxunc adlandıran aktrisa fikrini belə ifadə edib: "Övladlarımın rəqəmli dünyaya hazır olmasına əmin deyiləm. Bu, yeni dünya çox qorxuncdur". Coli, həmçinin bildirib ki, texnoloji sferada özünü geridə qalmış hesab edir. O, "Facebook", "Instagram" və "Twitter"dən istifadə etmir. Dünya ulduzu sosial şəbəkələrdən istifadə etmək əvəzinə, "bloknot"da qeydlər aparmağa üstünlük verir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər