3 Yanvar 2023 18:32
1 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni İbrahim Tatlısəs dünya ulduzu Dua Lipanın onun fotosunu bədəninə döymə etdirməsini həqiqət hesab edib.

Teleqraf.com xəbər verir ki, ifaçı Dua Lipanın bədəninə fotosuyla həkk edilən və türk dilində "Allah səni cəzalandıracaq" sözlərinin qeyd edildiyi fotoşoplu döyməsinə münasibət bildirib.

İbrahim Tatlısəs fotonun gerçək olduğunu zənn edərək Lipanın şəklini İnstaqramda hekayə bölümündə paylaşaraq “Cəsur və gözəl qızımıza təşəkkür edirəm”, - deyə qeyd edib.

İbrahim Tatlıses daha sonra tviter hesabında bu sözləri yazıb:

"Ajda Pekkanı tanıyıram, Hadisəni tanıyıram. Vaxtım var ki, Dua Lipanı tanıyım və onu izləyim? Məgər başqa qıza ediblər, bunu göndərdilər. Mən də təşəkkür edib paylaşdım. Niyyətim pis deyildi"




.


















Müəllif: Rəqsanə Həsənova