Müğənni Abbas Bağırovun yanvar ayının sonunda hazır olacaq albomunun fotoqrafı artıq bəllidir. Tabloid.az xəbər verir ki, “Gəl” adlanan yeni albomunun şəkillərini çəkəcək fotoqrafı müsabiqə əsasında müəyyənləşdirən müğənni onun kim olacağina artiq qərar verib. Abbas Bağırovun onlarla fotoqrafın arasından seçdiyi həmin şəxs Cavid Axundovdur.
Abbas Bağırov Tabloid.az-a açıqlamasında Cavid Axundovun işindən razı qaldığını vurğulayıb: “Artıq bu istiqamətdə işlər yekunlaşıb. Fotolar artıq hazırdır. Cavid Axundovun işindən razıyam. Çəkdiyi şəkillər super alınıb. 3 şəkli artıq sevənlərimlə paylaşmışam”.
Qeyd edək ki, Abbas Bağırovun “Gəl” adlanan albomu yanvarın sonunda hazır olacaq. Alboma müğənninin repertuarından 15 mahnı daxil ediləcək.