28 Dekabr 2014 07:52
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Reuters” agentliyinin Venesuelanın paytaxtı Karakasdan verdiyi xəbərdə deyilir ki, paytaxtın ən populyar dondurma mağazası “Coromoto” bağlanıb. Həmin dondurma mağazası Ginnesin Rekordlar Kitabına düşüb. Çünki həmin mağazada 863 növdə dondurma hazırlanırdı. Mağazanın bağlanmasının səbəbi isə iqtisadi böhranla bağlıdır. Böhran o həddə çatıb ki, süd olmadığına görə, mağaza öz müştərilərinə dondurma verə bilmir.

Mağazanın sahibi “Facebook”da bunları yazıb: "Biz, mövsümün ən qızğın vaxtında mağazanı bağlamağa məcburuq. Çünki süd yoxdur".

Agentlik yazır ki, bu dondurma mağazası xüsusən turistlər arasında çox populyardır. Buradakı dondurmalar ekzotik dadı ilə fərqlənirdi. Məsələn, burada satılan dondurmadan pivə və ya lobya dadı gələ bilərdi...
Mağazanın qapısına yazılmış elanda deyilir ki, "Bizi bağışlayın, süd olmadığına görə əziz müştərilərimizə xidmət göstərə bilmirik".

Venesuela demək olar ki, əksər malları xaricdən idxal edir. Tualet kağızından tutmuş avtomobil təkərlərinə qədər, hər şey xaricdən gəlir.

Venesuela prezidenti Nikolas Maduro deyib ki, dünyada “iqtisadi müharibə” gedir. Varlılar kasıbları məhv etmək istəyirlər. Prezident Venesuela ixracatının əsasını təşkil edən neftin qiymətinin aşağı salınmasını da bu müharibənin əsas göstəricisi kimi təqdim edib: “Bu müharibə mənə qarşıdır”. /musavat.com/


Müəllif:

Oxşar xəbərlər