21 Mart 2023 17:53
1 348
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni İlhamə Qasımova dünyasını dəyişən atasıyla bağlı paylaşım edib.

Teleqraf.com xəbər verir ki, İlhamə Qasımova İnstaqramda hekayə bölümündə bu sözləri qeyd edib:

"Əziz analar, atalar, ailələr, əsgərlər, qazilər. Allah hamınızı qorusun. Allah qara bayram keçirənlərə səbr versin.
Bəli ağırdır, amma Allahın verdiyi ömrü geri aldıqda üsyan etməyə haqqımız yoxdur. Sadəcə çox darıxırıq… Heç vaxt atasız həyatıma öyrəşə bilmərəm... Canım atam, Allah sənə və bütün dünyasını dəyişmiş insanlara rəhmət etsin, günahlarını bağışlasın. Bir daha əzizlərinizin qədrini vaxtında bilin, ürəyinizdəkiləri söyləməyə gecikməyin. Bayramınız mübarək!".


Müəllif: Rəqsanə Həsənova