5 Aprel 2023 12:56
1 385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktyor Müşviq Şahverdiyev “Cinemazadeh” şirkəti ilə məhkəmə çəkişməsindən danışıb.

Aktyor Teleqraf.com-a açıqlamasında Bakı Apellyasiya Məhkəməsində müraciət etdiyini bildirib:

"Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişəm. İnşallah, məsələ tez bir zamanda vicdanlı insanlar tərəfindən daha dərindən araşdırılacaq. İnanıram ki, problem bu dəfə yoluna qoyulacaq. Bakı Kommersiya Məhkəməsində bu məsələyə hakim Ülkər Həsənova tərəfindən tam ciddi baxılmadı.

Mən "Cinemazadeh” şirkəti tərəfindən şərlənirəm. Məni avansla təmin edib, üç il müqaviləyə əsasən heç yerdə işləməyə icazə verməyiblər. Filmi çəkməyəsən, üç ildən sonra bildirəsən ki, mən çəkiliş etdim, sən gəlmədin, behimi qaytar. Bu, absurd məsələdir. Filmə çəkilmədiyim dönəmdə deyərdin ki, çəkilməkdən imtina edir və gedib şikayət verərdin.

Mənimlə müqavilə bağlanmışdı, həmin müqaviləyə əsasən, bu müddətdə başqa filmə çəkilə bilməzdim. Məni nə qədər layihələrdən məhrum ediblər. Üç ildən sonra deyirlər ki, avansı geri qaytar. İnanıram ki, haqq öz yerini tapacaq".

Aktyor yaradıcılığından da danışıb: "Hazırda efir layihələri işləyirəm. "Xəzər" televiziyasında "Komedixana"da işlərimiz yaxşıdır. Yeni layihələrimiz də olacaq. Film çəkilişləri pandemiya zamanı məhv oldu.

Amma yeni film çəkəcəm. Həm baş prodüser, həm də aktyor kimi çıxış edəcəm. Çəkilişlərə yayda başlamaq nəzərdə tutulur".

Qeyd edək ki, "Cinemazadeh" şirkəti Müşviq Şahverdiyevlə müqavilə bağlamasına baxmayaraq, onun şərtlərə əməl etmədiyini, çəkilişlərə gəlmədiyini iddia edir. Şirkət ondan 90 min manat tələb edir.

"Cinemazadeh"in direktoru Cəfər Axundzadədir.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər