3 May 2023 15:44
8 891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur teleaparıcı Ceyran Rəhimovanın məkanların birində bacısı oğlanlarının toy mərasimi baş tutub.

Ceyran Rəhimova Teleqraf.com-a açıqlamasında toy mərasimi haqqında təəssüratlarını bölüşüb:

"Bacım oğlanları sevdikləri xanımlarla evləndilər. Orta məktəbi birlikdə oxuyublar, eyni universitetdə təhsil alıblar. Bir yaş fərqləri var. İdmana bir yerdə gediblər. İdmançıdırlar, Avropa Oyunlarında və İslam Həmrəylik Oyunlarında iştirak ediblər. Xarici ölkələrdə olimpiadalarda iştrak ediblər, üzgüçüdürlər. Vətənə xidmət ediblər. Bacım oğlanlarının öz istəkləri ilə toylarını bir yerdə etdik, qız toyları ayrı olmuşdu. Uşaqlar əlimdə böyüyüblər. Hamı elə bilir ki, mənim övladlarımdırlar".

Qeyd edək ki, Ceyran Rəhimova AzTV-də yayımlanan “Sən bir nəğmə” verilişinin aparıcısı olub.


Müəllif: Rəqsanə Həsənova