Meyxanaçı Pərviz Bülbülə açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, meyxanaçı "İnstaqram"da onu toy məclislərinə dəvət edənlərə müraciət edib:
"İfa etdiyim meyxana və musiqili meyxanalarda cinayətkarlıq və kriminal aləmi, eləcə də ayrı-ayrı kriminal həyat tərzi keçirən şəxsləri təbliğ etmək qanunla müəyyən olunmuş qaydada məsuliyyətə səbəb olduğundan, bu kimi müraciət və sifarişləri doğru saymıram. Cinayət məsuliyyətinə cəlb olunacağımı nəzərə alaraq, bu kimi sifarişlərin dayandırılmasını xahiş edirəm".