Sibel Can keşmiş həyat yoldaşı Sülhü Aksüt ilə barışmasına dair xəbərlərə münasibət bildirib.
Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, Oya Aydoğan bu günlərdə Sibel Canın keçmiş əri Sülhü Aksütlə birlikdə yaşadığını iddia edib.
Aydoğan "Sibel Can ilə Sülhü Aksüt çox ortaya çıxmırlar, amma hələ də birlikdə yaşayırlar. Sibel bəlkə də uşaqları atasız böyüməsin deyə belə edir. İki il əvvəl evlərində qiyamət qopdu. Mən də şahidi oldum: Engincan ilə Melisa evi tərk etdilər, hətta Engincan Sülhü bəyi heç istəmirdi" deyib.
Budan sonra Sibel Can 2010-ci ildə boşandığı Aksütlə hələ də birlikdə olduğu barədə iddialara aydınlıq gətirib.
Məşhur müğənni oğulları Emirə görə zaman-zaman görüşdüklərini, amma barışmaq məsələsinin söhbət mövzusu olmadığını açıqlayıb: "Sülhü Emirin atasıdır, hər zaman görüşürük. Yeməyə gedirik, istədiyi zaman evimizə gəlib qalır. Aramızda bir problem yoxdur. Qarşılıqlı sevgi və hörməti saxlamaq mənim üçün çox əhəmiyyətlidir. Həm sənət dünyasında, həm də normal həyatda bunun bir çox nümunəsi var. Olması lazım olan da budur".
Nihad