Tanınmış türkiyəli müğənni Kənan Doğulu və xanımı aktrisa Beren Saat "Çalsın Sazlar" filminin qala gecəsində qatılıblar.
Teleqraf.com Türkiyə mətbuatına istinadən məlumatına görə, aktrisa "Twitter" hesabında "azalmadan çoxalmaq istəyirəm" mesajı verib. Bu tvitdən sonra mətbuatda aktrisanın hamilə olması ilə bağlı xəbərlər yayılıb.
Jurnalistlərin "Uşaq gözləyirsiniz?" sualına isə aktrisa sərt reaksiya verib. O, reportajı yarıda kəsərək Kənanın qolundan dartaraq məkandan uzaqlaşıb.
Qeyd edək ki, cütlük ötən ilin yayında iyul ayında ailə qurub.
Rüstəm