Əməkdar artist Nigar Şabanova plastik əməliyyatını tənqid edənlərə cavab verib.
Teleqraf.com xəbər verir ki, Nigar Şabanova sosial şəbəkədə bu sözləri yazıb:
"Ay xalalar, fikirləriniz önəmli deyil. Əvvəllər xalalar gəlinləri və nəvələri ilə maraqlanardı, indi isə onlar İnstaqramda nələr edir... Bir-iki xala var, əməliyyatım onlara yaman təsir edib. Sizin olan sizindir. Rahat olun. Mən özüm şəxsən xala qabağına iylənmiş ət atmışam. Sakitləşin, gedin pəhriz saxlayın ki, həyat yoldaşınız iyrənməsin sizdən".