Türkiyəli müğənni Funda Arar “Xoş gəldin” adlı yeni albomuna təqdimat keçirib.
Teleqraf.com “Hürriyət”ə istinadən xəbər verir ki, təqdimatda ifaçını həmkarları və dostları tək qoymayıb. Gecədə Edip Akbayram, Linet, Ayşə Özyılmaz, Gökhan Təpə, Burcu Günəş, Ziynət Sali, Sonər Sarıkabadayı və digər tanınmış simalar iştirak edib.
Funda həyat yoldaşı və aranjimançısı Febyo Taşel, prodüseri Samsun Dəmirlə birlikdə tort kəsərək hisslərini bölüşüb:
“Çox həyəcanlıyam. Qoy bu albom oğlum Arasın adına olsun. Həm uşağım, həm də albomum xoş gəldi. Bir körpə daha doğuldu”.
Teleqraf.com fotoları təqdim edir :
Rüstəm