23 Oktyabr 2023 17:02
1 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Faiq Ağayev "O üz" verilişində mərhum müğənni Rəhim Rəhimli haqqında danışıb.

Teleqraf.com xəbər verir ki, Faiq Ağayev Rəhim Rəhimli ilə yaşadığı qalmaqaldan söz açıb: "O, mahnı oxudu, "Kimlər gəldi, kimlər getdi". Mahnı sənət adamlarından bəhs edirdi. Jurnalistlər də onu mənə ünvanlamış kimi təqdim etdilər. Onda Rəhimə zəng etdim. Cavab verdi ki, "dostum, boş ver. Sənin haqda danışmamışam". Sonra efirdə sərt çıxış etdim.

Proqram yayımlanandan 20 dəqiqə sonra Rəhim mənə zəng vurdu ki, bilsəydim söhbət böyüyəcək, özüm çıxış edərdim. Deyərdim ki, onun sizə aidiyyəti yoxdur. Dedim, Rəhim, elə et ki, bir daha səndən inciməyim. Mənim də xasiyyətim belədir. O məsələdən sonra ondan yanlış çıxış görmədim. Bilirəm ki, məsələdə ona ideyanı kim vermişdi. Rəhim Rəhimlinin dəfnində timsah göz yaşı tökürdü. Halbuki onun ən böyük düşməni həmin insan idi. Onun həyatını puç edən insanlar dəfndə timsah göz yaşları axıdırdılar. Məqsədləri o idi ki, mən düşmən deyiləm, yaxşı insanam.

Dəfndə birinci sıradayam və şəkil də mənim əlimdədir. Allah böyükdür, hər şeyi görür, tez-geci var. Rəhimə qarşı etdiklərinə görə mütləq məsuliyyət daşıyacaqlar. Necə ki problem yaşayırlar..."





Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər