4 Dekabr 2023 12:05
2 326
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktrisa Pərvin Abıyeva “Xəbərin var” verilişində model Razi Əliyevanın Nicat adlı bəylə rəsmi nikahını saxta adlandıranlara cavab verib.

Teleqraf.com xəbər verir ki, Pərvin Abıyeva Razi Əliyeva ilə həyat yoldaşının münasibətlərindən danışıb:

“Razi İstanbulda yaşayırdı. Nicatın Razini uşaqlıqdan sevdiyini, bu günə kimi də susduğunu bilirəm. Nicat sevgisini Razinin keçmiş sevgilisi tərəfindən döyülməsindən sonra etiraf edib. Raziyə deyib ki, səni sevirəm, evlənmək istəyirəm, səni hər şeyinlə qəbul edirəm. Aralarında belə bir söhbət olub. Oğlan şou və televiziya adamı deyil. Oğlanın hansı sahədə çalışdığını bilmirəm. Çəkingən oğlandır. Bəyi “prokat” adlandıranlara da demək istəyirəm ki, özüm o məclisdə iştirak etmişəm və oğlanın Raziyə olan münasibətindən və sevgisindən gözlərim çox dolub. Belə sevgilər də var. Onlar rəsmi nikah bağladılar. Toy mərasimi yanvar ayında olacaq. Rəsmi nikahdan sonra 30-40 nəfərlə kiçik məclis təşkil etdilər".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər